Əvəzedicilərin çempionatında IV turun növbəti qarşılaşmaları keçirilib. Qol.az-ın məlumatına görə, çempionatın liderləri Qəbələdə üz-üzə gəlib. İlk üç turda qələbə qazanan “Zirə” və “Qəbələ” ikincilərin meydanında görüşüb. Qarşılaşmanın taleyini bir qol həll edib. Ülvi İsgəndərovun 10-cu dəqiqədə vurduğu top “qırmızı-qaralar”a 3 xal qazandırıb. Bununla da Elmar Baxşıyevin komandası mövsümün startında ardıcıl 4-cü qələbəsini əldə edib. Beləliklə, xal hesabını 12-yə çatdıran “Qəbələ” əvəzedicilərin yarışında vahid lider olub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.