banner
banner

Sosİal

RİİB könüllüləri üçün təlimlər təşkil olunub

RİİB könüllüləri üçün təlimlər təşkil olunub

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülərlə işin təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil edib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, təlimlər RİİB-in Lənkəran, Salyan, Tərtər, Şəmkir, Yevlax, Şəki, İsmayıllı və Quba şəhərlərində fəaliyyət göstərən regional mərkəzlərdə keçirilib.

Layihə müddətində könüllülərə RİİB-in məqsəd və vəzifələri, könüllülük fəaliyyətinin istiqamətləri, kommunikasiya, davranış qaydaları və digər məsələlər barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələrin gedişində könüllülər bölgələrdə ictimai nəzarətin həyata keçirilməsi, gənclərin məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və digər sahələrdə təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, RİİB bölgələrdə ictimai nəzarətin həyata keçirilməsini, əhalinin ayrı-ayrı sahələrdəki problemlərinin öyrənilməsini, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həllində, müxtəlif istiqamətləri əhatə edən layihələrin icrasında mühüm rol oynayan könüllülərin fərdi inkişafını daim diqqətdə saxlayır.

Təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.