Əkizləri Rumi və Sera doğulduqdan sonra tədbirlərdən uzaq qalan Beyons və Cey Zi cütlüyü teatra gedərkən görüntülənib. 36 yaşlı Beyons qızılı rəngli ipək kofta, tünd-göy ətək, 47 yaşlı əri isə tünd-göy klassik geyimi ilə fotoqraflara poz verib. İfaçı sinə dekolteli geyimi ilə göz qamaşdırıb.
Xatırladaq ki, Beyonsla Cey Zinin iyunun 13-də əkiz uşaqları dünyaya gəlib. Cütlüyün 5 yaşlı Blu Ayvi adlı bir qızı da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.