2017/2018-ci tədris ilində Azərbaycan məktəblərinin bir neçəsində təmayül siniflər təşkil ediləcək.
Təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərdə əsasən texniki, riyaziyyat iqtisadiyyat, humanitar və təbiət təmayüllü, habelə texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar təmayüllü siniflərin təşkili nəzərdə tutulub.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Həmçinin, ölkə üzrə təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin və siniflərin ümumi sayı da bəllidir.
“2017-2018-ci dərs ilində ölkənin 900-dən çox ümumtəhsil məktəbində təmayül siniflərin təşkil olunması və buraya 30.000-ə yaxın şagirdin cəlb olunması gözlənilir. Daha dəqiq məlumatlar dərs ili başlandıqdan və hesabatlar qəbul edildikdən sonra məlum olacaq”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.