Avropa Kosmik Agentliyi ilk dəfə olaraq uçuş üçün dəfələrlə istifadə oluna bilən kosmik aparatı sınaqdan keçirməyə hazırlaşır.
Bu xüsusiyyətinə görə, "IXV" aparatı “kosmik təyyarə” də adlanır. Baxmayaraq ki, təyyarənin qanadları yoxdur. Yeni aparat bu gün Fransa Qvianasında Kuru kosmodromundan “Veqa” raket-daşıyıcı ilə kosmosa buraxılacaq. Layihə 150 milyon avroya başa gəlib.
ESA mühəndisləri yeni apartın gələcəkdə pilotlu kosmik təyyarələrin pioneri ola biləcəyini bildiriblər.//ANS
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.