banner
banner

Dünya

Almaniyanın ən gözəl türk qızı

Almaniyanın ən gözəl türk qızı

Almaniyanın Gelsenkiçen bölgəsində keçirilən "Miss Turkuaz Germany 2014" müsabiqəsində qalib Berlindən qatılan 24 yaşlı türk qızı Aslı Cankat olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmada eyni xalı qazanan 22 yaşlı Cansu Ezim və 21 yaşlı Yasemin Akan ikinci, Aylın Sezgin adlı gənc qız isə üçüncülüyə yiyələnib. Qalib A.Cankatın tacını "Miss Turkuaz Germany 2013" gözəli Elif Özkan taxıb. Bu il beşincisi keçirilən yarışmaya 20 türk qızı qatılıb. On nəfərdən ibarət münsif kürsüsündə sənətçi Volkan Baydar, Almaniya futbol millisinin keçmiş oyunçusu Gerald Asamoah və başqa məşhurlar yer alıb. 21 yaşlı Nur İlnam isə "Ən fotogenik gözəl" seçilib.

A.Cankat çox xoşbəxt olduğunu, bu uğuruna görə ailəsinə təşəkkür etdiyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.