90-cı illərin ən çox dinlənilən müğənnilərindən olan Cesika Simson sərxoş vəziyyətdə paparazzilərə tuş gəlib. Həyat yoldaşı Erik Consonun doğum günü partisinə qatılan ifaçı oradan çıxarkən ayaqda dura bilməyib. Bir anlıq yıxılma təhlükəsi ilə üz-üzə qalan Cesika ərinin köməkliyi ilə avtomobilə minib. Kameraları görən Simson dil çıxardaraq etirazını bildirib.
Qeyd edək ki, Cesika və Erik 2010-cu ildən tanışdılar. Onlar 2014-cü ildə rəsmi nikah kəsdiriblər. Cütlüyün bu nikahdan 3 övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.