banner
banner

Sosİal

Bakıda REYD - Piyadalara qarşı

Bakıda REYD

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospekti və A.M.Şərifzadə küçəsində yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə növbəti reyd təşkil olunub.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Reyd zamanı polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.

Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.