Balidə vulkan həyəcanı - 42 min adam təxliyə edildi
İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar artıq bir neçə gündür ki, sakinlərin təxliyəsinə başlanılıb. Trend-in məlumatına görə, vulkan hələlik püskürməsə də, fəallığı nəzər alaraq sakinlər könüllü şəkildə təxliyə olmağa razılıq veriblər.
Son məlumata görə, artıq 42 min sakin təhlükəli ərazilərdən təxliyə edilib.
Qeyd edək ki, Aqunq vulkanı avqust ayının ortalarında fəallaşsa da, sonradan sakitləşmişdi.
Son günlər ərzində isə fəallığın yenidən artdığı bildirilib
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.