Bir müddət öncə müğənni Alişanla nişanlanıb daha sonra ayrılan Eda Erol seriala çəkiləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Eda bu barədə rəsmi İnstaqram səhifəsində yazıb. Onun “Çıxan xəbərlər doğru deyil, heç bir serialda oynamayacağam” qeydini izləyicilər Alişanla bağlı olduğunu bildirib. Belə ki, nişanlı olduqları dövrdə Alişan Edanın aktrisa kimi fəaliyyət göstərməsinə icazə vermirdi. Xatırladaq ki, Erolun Kanal 7-də 1024-cü ildən yayımlanan "Elif" serialının yaradıcı heyətinə daxil olduğu vurğulanmışdı
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.