banner
banner

İdman

“Futbola başlayanda inəklərin yanında oynayırdım” – “Qarabağ”ın futbolçusu

“Futbola başlayanda inəklərin yanında oynayırdım” –

"Qarabağ"ın futbolçusu Pedro Enrike Topaz Premyer Liqasının 7-ci turunda bu gün "Zirə"yə qarşı keçirilən oyunla (0:0) bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, braziliyalı futbolçu matçdan sonra jurnalistlərə bildirib ki, “Zirə”nin zəif cəhətlərin bilsələr də, rəqib yaxşı qapanıb: “Ona görə də istədiyimizi reallaşdıra bilmədik”.
 
- “Roma” ilə matçda 60 min azarkeş dəstəyindən sonra bu gün 2 min fanatın olduğu oyuna köklənmək necədi?

- Təbii ki, bu, müqayisəolunmazdır. İnsandan insana fərq var. Mənim üçün heç bir fərqi yoxdur. Mən futbola başlayanda oyunuma heç kim baxmayıb. Ancaq ev heyvanları, inəklərin yanında oynayırdım. Az azarkeş olsa da, sona qədər bizi dəstəklədilər. Onlara təşəkkür edirəm.
 
- Əvvəlki oyunlarda istədiklərini edə bilirdin. Bu gün isə performansını tam olaraq nümayiş etdirə bilmədin. Bunun səbəbi “Roma” ilə oyunun yorğunluğudur, yoxsa “Zirə”nin müdafiəçilərinin ustalığı?

- Mən şəxsən ikinci hissədə yorğunluğu hiss edirdim. Rəqib də qapanmışdı, boş zona vermirdilər. Boş zona olmadığı üçün bizə də çətin idi. Komandamız da əlindən gələni etdi. Meydanda olan gənc futbolçular da çox çalışdılar.
 
- “Zirə” liderlər qrupunda qərar tutub. Ümumiyyətlə, Azərbaycan çempionatı gözlədiyin səviyyədədirmi?

- Digər komandalara baxanda bugünkü rəqib bizə çətinlik yaratdı. Təsadüfi deyil ki, onlar liderlər cədvəlində qərarlaşıblar



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.