banner
banner

Sosİal

UNICEF: Azərbaycanda analara verilən məzuniyyətin müddəti yetərli deyil

UNICEF:

"Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə - onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil".

Trend-in məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.

O qeyd edib ki, digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin bu tələbinə riayət etmirlər.

M.Yuan əlavə edib ki, bir çox süni uşaq qidası satan şirkətlər onun təbliğatını güclü aparırlar. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir.

M.Yuan deyib ki, UNICEF davamlı olaraq, Azərbaycanda ana südü ilə qidalanma üçün təbliğat işləri həyata keçirir.

M.Yuanın sözlərinə görə, bu il ərzində UNICEF və Səhiyyə Nazirliyi ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olmasının səbəbləri ilə bağlı çevik qiymətləndirmə aparıb:

"Qiymətləndirmə nəticəsində məlum olub ki, cəmiyyətdə bəzi insanlar ana südünün ana və körpə üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirlər. Bundan əlavə, süni uşaq qidaları ilə bağlı verilən reklamlarla səhiyyə işçilərinin ana südü ilə qidalanma ilə bağlı verdiyi məsləhətlər arasında uyğunsuzluq olur. Bu da analarda çaşqınlıq yaradır".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.