Cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrabın Amerikada həbsindən sonra konsertlərini artıran müğənni Ebru Gündeş restoranlardan birində görüntülənib. Gecədə iki dəfə libas dəyişən ifaçı öz repertuarından başqa Sezen Aksunun mahnılarına da müraciət edib. Ebru “Səni canlı-canlı eşitmək üçün çox darıxdım” deyərək Sezen Aksuya səslənib. O, Aksunun “Geri dön” mahnısını ifa edərək sənətçiyə səslənib.
Qeyd edək ki, S.Aksu ötən ildən səhnə ilə vidalaşdığını bildirib və bir daha geri dönməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.