banner
banner

Sosİal

YAP 2 bina tikdi – hakim partiyanın üzvləri güzəştli mənzil əldə edəcək

YAP 2 bina tikdi –

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının  Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.

Bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

“Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.

Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib.

“İpoteka krediti vasitəsilə YAP  işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin  sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı “Sahil” bağı ilə üzbəüzdə yerləşir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.