Əməkdar artist Almaz Ələsgərli qızları üçün əlindən gələni etməyə hazırdır.
Axşam.az-ın məlumatına görə, müğənni “Düzünü desək”də qızlarının işsiz oğlanla belə ailə qurmalarına razılıq verəcəyini söyləyib:
“Kasıb olmaq ayıb deyil. İşləməyə çalışmamaq ayıbdır. Oğlan kasıb olanda nə olar? Bəlkə ailə qurandan sonra məsuliyyəti artacaq. Hamımız kasıb olmuşuq. Oğlan elçi gələndə ona deməyəcəyik ki, sən imkanlı deyilsən, get. Qızım işsiz birinə ərə getsə, ona mane olmaram. Əksinə, kömək edərəm. Oğlana iş düzəldərəm. Çalışıb övladımı dolandırsın. Burada ayıb heç nə yoxdur. Amma qudurmasın”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.