banner
banner

Sosİal

Yeni dayanacaqlar quraşdırıldı

Yeni dayanacaqlar quraşdırıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz eləcə də maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərini davam etdirir.

 

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a bildirib ki, bu çərçivədə nəqliyyat axınının intensiv olduğu və əsasən əhalinin sıx məskunlama zonasından keçən Abbas Mirzə Şərifzadə küçəsində təhlillər aparıb:

“Agentliyin mütəxəsisslərinin apardığı təhlillər zamanı küçədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilib, nəqliyyatın axını araşdırılaraq buna maneə yaradan amillər müəyyənləşdirilib. Digər nəqliyyat vasitələrinin avtobus dayanacaq məntəqəsi ərazisində qanunsuz park edilməsi, eyni zamanda parklanma yerlərinin dayanacaq məntəqələrinə yaxın olması, bunun isə gün ərazində xüsusən də pik saatlarda küçədə nəqliyyatın intensiv axınına ciddi maneə yaratması müəyyən edilən əsas problemlərdəndir. Məhz bu səbəbdən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin (sərnişin avtobusları) dayanacaq məntəqələrinə daxil olmasında və sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz şəkildə minib düşməsində çətinliklər yaranır. Bununla yanaşı, dayanacağa daxil ola bilməyən avtobuslar yol hərəkət hissəsində saxlayır ki, bu da küçə boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranması ilə nəticələnir”.

 

M.Ağayev deyib ki, qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə, Bakı Nəqliyyat Agentliyinin hazırladığı tədbirlər planına uyğun olaraq, 2 məntəqədə yeni dayanacaq məntəqəsinin təşkili, 4 məntəqədə nəqliyyat vasitələrinin hərəkətinə ləngimələr yaradan bəzi dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi, yeni taksi dayanacaq məntəqələrinin müəyyən edilməsi, parklanma yerlərinə təkrar baxılması və çatışmayan yol nişanlarının quraşdırılmasına başlanılıb:

“Artıq 3 saylı “ASAN” Xidmətin inzibati binasının qarşısındakı parklanma yerləri ləğv edilərək 30 metr məsafədə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib, metronun “İnşaatçılar” stansiyasının qarşısında dayanacaq məntəqəsi üçün nəzərdə tutulmuş ərazi 30 metrdən 70 metrə qədər genişləndirilib. Bundan əlavə, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı taksi minik avtomobillərinin dayanması üçün dayanacaq məntəqəsi də təşkil edilib. Məlumat üçün bildirək ki, nəzərdə tutulan tədbirlər Bakı Nəqliyyat Agentliyinin aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Digər çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.