banner
banner

Sosİal

Azərbaycanda elə uzunömürlülər var ki, ömründə həkimə getməyiblər

Azərbaycanda elə uzunömürlülər var ki,

Bu gün insanlar nəinki 70, 80 yaşı deyil, 90 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır.

A.Əlizadə deyib ki, Azərbaycan alimləri də bu sahədə tədqiqatlarını genişləndirməlidirlər.

Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, hazırda multidissiplenar tədqiqatlara geniş yer ayrılır.

Onun sözlərinə görə, fiziologiya elminin müasir mərhələsi biotəbabət istiqaməti ilə xarakterizə olunur. İnstitutun elmi tematikası bütövlükdə herontologiya, neyrofiziologiya sahəsində aparılan tədqiqatlara yönəlib.

U.Həşimova bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya səviyyəsində olduğu ölkələrdən biridir: "Azərbaycanda 90-100 yaşa çatmaq normal qarşılanır. Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.