Evli kişilərlə eşq yaşaması qalmaqalı ilə gündəmdən düşməyən müğənni Gülben Ergenə daha bir zərbə vurulub. Kanal D-də yanvar ayında yayımlanması planlaşdırılan və baş rolda Gülbenin çəkiləcəyi serialda dəyişiklik olub. Belə ki, son zamanlar Ergenlə bağlı yayılan xəbərlərdən sonra ifaçını serialdan uzaqlaşdırıblar. Qeyd edək ki, Erhan Çelik ilə evli olduğu vaxtda onu evli iş adamı Tolga Duğles ilə atması iddiasından sonra Gülben haqda digər xəyanət xəbərləri də yayılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.