Sergey Lebedevin səlahiyyət müddəti daha iki il uzadılıb
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin səlahiyyət müddəti daha iki il uzadılıb.
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB ölkələri dövlət başçıları sammitinin və Ali Avrasiya İqtisadi Şurasının yekunlarına dair keçirdiyi brifinqdə bildirib.
Rusiya prezidenti Birlik ölkələri dövlət başçılarının qərarı ilə Sergey Lebedevin MDB İcariyyə Komitəsinin sədri vəzifəsində səlahiyyət müddətinin daha iki il müddətinə uzadıldığını qeyd edib
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.