Dünyanın ən məşhur cütlüyü – müğənni Şakira ilə vətəndaş nikahında yaşadığı futbolçu Jerar Pikenin ayrılma xəbəri yalandır. Bu barədə cütlük rəsmi açıqlama verməsə də, lakin onların son paylaşımları belə deməyə əsas verir. Belə ki, ifaçı bu yaxınlarda “Twitter” hesabında sevgiyə aid video, futbolçu isə bu gün Şakira ilə birgə çəkilmiş fotosunu yerləşdirib.
Pikenin “Maska mağazasında şopinq” qeydli şəklinə minlərlə “like” gəlib.
Qeyd edək ki, 6 ildir birlikdə olan Şakira ilə Pikenin Milan və Saşa adlı 2 oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.