Müğənni Hülya Avşarın “Kişilər xanımlarını hiss etdirmədən aldatsınlar” kəlməsinə etiraz edənlərin sayı durmadan artır.
İfaçının aparıcısı olduğu verilişində dediyi həmin ismarışa müğənni Demek Akalın, Kuşum Aydın və aparıcı Seda Akgül də etiraz ediblər. Demet Hülyanın sözlərinə qarşı bunları deyib:
“Cümləsinin sonunda “zarafatdır” desəydi... İnana bilmirəm. Biabırçılıq. Bu qadının cahilliyi mübahisə edilməzdir”.
Kuşum Avşarın həmin cümləni diqqət çəkmək üçün istifadə etdiyini, Seda isə müğənninin ağıllı qadın olduğunu və qonağından söz almaq üçün işlətdiyini qeyd edib.
Xatırladaq ki, Hülya verilişində “Kişilər bəzən xanımlarına hiss etdirmədən xəyanət etsələr, ailə axıradək davam edər” demişdi
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.