Bu gün xalq artisti Nisə Qasımovanın 61 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, gecə yarısı müğənniyə video-sürpriz edilib. Həmin görüntünü paylaşan N.Qasımova “Gözlənilməz ad günü sürprizi üçün o gözəl şəxsiyyətə dərin təşəkkürlər” sözlərini yazıb.
Qeyd edək ki, N.Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olunub. 9 yaşında xorun gənc solisti olub. Məxsusi olaraq onun üçün yazılan "Günəş adlı yaxın dostum var mənim" mahnısı ilə müxtəlif konsert proqramlarında çıxış edib. N.Qasımova 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki "Lalə qızlar ansamblı"na solist kimi dəvət olunub.
1972-1973-cü illərdə bir-birinin ardınca səsləndirdiyi "Ay ellər", "Sənsən həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilib və müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.