Ötən gün Levent Kanyonda “İlk öpücük” filminin qala gecəsi keçirilib. Gecəyə ekran işində baş rollarda oynayan aktyorlar Murad Yıldırım, Özge Gürel, Cezmi Baskın, Beyti Engin ve Sadi Celil Cengiz iştirak ediblər. Qalaya aktrisa Özge Gürel sevgilisi Serkan Çayoğlu ilə gedib. O, “toy nə vaxtdır” sualına belə cavab verib:
“5 aydır çəkilişlərə görə bir-birimizi görə bilmirdik. Sərkan da indi yeni filmə çəkilir. Ailələrimiz tanış olub. Amma toy etməyə vaxtımız yoxdur”.
Qeyd edək ki, cütlük "Kiraz Mevsimi" serialında tanış olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.