Müğənni Ebru Yaşar otellərin birindən çıxarkən görüntülənib. İfaçı ayaqqabıları, bahalı üzükləri, çantası və avvtomobili ilə diqqət çəkib. Belə ki, Ebrunun ayaqqabsının dəyəri 4 min lirə (təxminən 2 min manat), çantası 6 min lirə (təxminən 3 min manat), üzükləri 700 min lirə (təxminən 350 min manat), “Maserati” markalı avtomobili isə 1 milyon lirədir (təxminən 500 min manat). Ebru başmaqlarından dünya şöhrətli model Cici Hadidin də geyinməsi ilə bağlı “O, xaricdən alıb, mən isə “Sanayi 313”dən” deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.