Aktyor Kənan İmirzalıoğlunun həyat yoldaşı, aktrisa Sinem Kobal dərgilərdən birinə maraqlı açıqlamalar verib. Evlilik həyatından danışan Sinem Kənanla çox xoşbəxt olduğunu bildirib: “Bunu sözlə başa salmaq olmur. Kənan ruhuma və qəlbimə elə toxunub ki... Ortaq cəhətlərimiz çoxdur. O, hər səhər klassik musiqi dinləyərək günə başlayır. Mən də musiqini çox sevirəm, həm də onun zövqü gözəldir”. Sinem “Nə zaman valideyn olmağı düşünürsünüz” sualına “Vaxtı gələndə” cavabını verib. Kobal həmkar olduğu əri ilə qazandığı pulları bərabər xərclədiklərini bildirib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.