banner
banner

Dünya

Bu gün BMT 72 yaşını qeyd edir

Bu gün BMT 72 yaşını qeyd edir

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) günü qeyd edilir. Belə ki, Trend-in məlumatına görə, 1945-ci ilin bu günü təşkilatın nizamnaməsi qüvvəyə minib.

Təşkilat bu sənədin onun iştirakçılarının əksəriyyət tərəfindən ratifikasiyasından sonra rəsmi olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, həmin dönəmdə təşkilatın daimi üzvləri SSRİ, Böyük Britaniya, Çin, ABŞ və Fransa da bu sənədin lehinə səs veriblər.

Hər il olduğu kimi bu il də BMT günü münasibətilə təşkilatın baş katibi ölkələrə müraciət edib. Bu ilki müraciətdə baş katib Antonio Quterriş ölkələri bəşəriyyət qarşısında dayanan "ciddi problemlərin" dəf edilməsi üçün iradə göstərməyə çağırıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.