banner
banner

Sosİal

Azərbaycan bu ölkələri "hədəf"ə aldı - Xüsusi turpaketlər olacaq

Azərbaycan bu ölkələri "hədəf"ə aldı -

Azərbaycanda hədəf ölkələr üçün xüsusi turizm xidmət paketləri hazırlanacaq.

Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə cəlbedici turizm məkanlarına dair məlumatlar və turizm xidmət paketlərinin yenilənməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib.

Layihəyə əsasən, dövlət hədəf ölkələri ilə birbaşa uçuşların sayının artırılması, uyğun qiymətə ("lou-kost") xidmətlər təklif edən özəl şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasına dəstək göstərəcək.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə açıqlamasında Azərbaycan üçün hədəf ölkələrin ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələri olduğunu söyləmişdi.

Xatırladaq ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən Azərbaycana 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Bu ilin ötən dövründə Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında ölkəmizə Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanı - 6, Qətər - 5, Mərakeş - 5, BƏƏ - 4,4, Pakistan - 3,5, Əlcəzair - 3,5, İordaniya - 2,2, Türkmənistan - 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib.

Regionlar üzrə isə MDB ölkələri (12%), Avropa İttifaqı ölkələri (13%) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

Qeyd edək ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.