banner
banner

Gündəm

Fatimə Leyla Əliyeva ilə bir arada

Fatimə Leyla Əliyeva ilə bir arada

Rəqqasəsi Fatimə Fətəliyeva ailəsi ilə birgə Dubaya istirahətə yollanıb.

Sənətçi orada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib. Fatimə bildirib ki, L.Əliyeva ilə orada yeni fəaliyyətə başlayan “Cafe Baku”da olduğu zaman görüşüb.

Fətəliyeva İnstaqram səhifəsində paylaşdığı fotoya “Sadə insan, sizi görməyimə çox şad oldum” şərhini yazıb.

Rəqqasə Dubaya səfərinin məqsədini də açıqlayıb:

“Dubaya tək dincəlməyə gəlməmişəm. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yaradıcılıq işlərimlə bağlı bir neçə planım var. Onları reallaşdırıram. Partlayış olacaq. Özü də tam fərqli bir şey. Bundan başqa bilirsiniz ki, xınayaxdı təşkili ilə də məşğulam. Buradan xınayaxdı üçün lazım olan tam fərqli bir dekorasiya aldım. Hansı ki, ondan Azərbaycanda yoxdur. Bunu ilk dəfə mən gətirəcəm”.



Cİa.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.