Hər kəs elə düşünür ki, yağlı yemək kökəldir və sellülit əmələ gətirir. Amma bəzi yağlı qidalar var ki, onları yemək sizi arıqlada bilər. Axşam.az xarici KİV-ə istinadən həmin qidaları təqdim edir:
Avakado ən yağlı meyvə hesab edilir. O, xolesterinin miqdarını azaldır, qandakı şəkəri tənzimləyir. Tərkibində kərə yağı olan qidalardansa, avakado yemək xeyirlidir.
Qızıl balıq - tərkibi A vitamini ilə zəngindir. Eyni zamanda salamini də onunla əvəzləyə bilərsiniz. Onu salata qatıb, naharda istifadə etmək məsləhətlidir.
Hisə verilmiş ət yerinə yumurta yeyin. Yumurta - zülalla zəngin, tərkibində bol vitamin olan qidadır. 85 kaloridir. Tərkibində yağı əridən maddələr mövcuddur.
Popkorun yerinə badam yemək xeyirlidir. Badam - həzm sistemini yaxşılaşdırır, tərkibində omeqa 3 var. Aclığın qarşısını alan linolenik turşusu ilə zəngindir.
Smetan əvəzinə yoqurtdan istifadə edin. Yoqurt enerji mənbəyidir. Tərkibi zülal, kalsium və probiotiklə zəngindir. Bu da çəki atmağa kömək edəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.