İŞİD terror qruplaşmasına qoşulan qadınların bu addımı niyə atdığı məlum olub.
CİA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, professor Susanna Skröte qadınların terror təşkilatına qoşulma səbəblərini araşdırıb.
Onun fikrincə İŞİD-in işğalı altında olan torpaqlara gedən qadınların ilk məqsədi “eşq” tapmaqdır.
İŞİD-i dəstəkləyən qadın qrupu “Əl Hansa Briqadaları” tərəfindən edilən müraciətə yazı ilə cavab verən professor terrorçulara qoşulan əcnəbi qadınların 10 faizinin hələ 18 yaşdan balaca olduğunu bildirib.
Almaniyadan İŞİD-ə qatılan gənc qadınların sayının 60-a çatdığı təxmin edilir.
Qeyd edək ki, bu ilin yanvar ayında ərəbcə nəşr olunan müraciətdə İŞİD-ə qatılan qadınlardan təşkil olunmuş “Əl Hansa Briqadaları”nın əsas işinin İŞİD-in nəzarəti altında ərazilərdə qadınların geyindikləri paltarların dinə uyğun olub olmadığına nəzarət etməkdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.