Lalə Fədayəni dəstəklədi: "O, saf sevginin qurbanı olub"
Əməkdar artist Lalə Məmmədova həmkarı Fədayə Laçının həbs olunması xəbərinə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi İnstaqram hesabında Fədayə Laçına dəstək nümayiş etdirib.
O, müğənninin fotosunu paylaşaraq bildirib ki, Fədayə saf sevginin qurbanı olub:
“Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm...Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımız gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu gün isə F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.