Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.
Qol.az-ın xəbərinə görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmaq niyyətindədir.
Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.
“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Qurban Qurbanovun komandası səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək.
31 oktyabr
Çempionlar Liqası
C qrupu
23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) Baş hakim: Deniz Aytekin Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya) Madrid. “Metropolitano” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.