banner
banner

Gündəm

Məhkəmədə təmsilçilik qaydaları dəyişdirilir

Məhkəmədə təmsilçilik qaydaları dəyişdirilir

Məhkəmədə təmsilçilik vasitəsilə işin aparılması qaydaları dəyişdirilir.

Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Məcəllənin 69-cu maddəsinin (Təmsilçi  vasitəsi ilə işin aparılması) I bəndinə edilən dəyişikliyə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş vəkili vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

Məcəllənin 69.2-ci maddəsi isə yeni redaksiyada təklif edilir.

Hüquqi şəxslər məhkəmdə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş salahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş öz işçiləri olan nümayəndələri və ya vəkil vasitəsi ilə təmsil olunurlar.

 

Hüquqi şəxsin nümayəndəsi səlahiyyətlərini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraataı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından prosessual hərəkətləri həyata keçirə bilər.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.