Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59325 nəfər şəxs isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunur.
Bu barədə cia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlik tərəfindən cari ilin doqquz ayı ərzində 450912 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Sosial müavinət alanların 83.4 faizi aylıq, 16.6 faizi isə birdəfəlik müavinət alanlar olub. Yaşa görə və ailə başçısını itirməyə görə aylıq sosial müavinət müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilərək ödənilib. Həmçinin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, müharibə veteranlarına, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər kateqoriyalardan olanlara aylıq sosial müavinət verilib. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin ediliblər. Dəfn xərci üçün də müvafiq şəxslərə birdəfəlik müavinətlər ödənilib. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59325 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşların Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Bundan əlavə, cari ilin 1 oktyabr tarixinə ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.