Misirin prezidenti Əbdülfətah əs Sisi 21 misirlinin İŞİD tərəfindən vəhşicəsinə edam olunmasına reaksiya verib. ANS PRESS-in məlumatına görə, dövlət telekanalnda çıxış edən ölkə başçısı terrorçulara uyğun vaxtda və şəkildə cavab veriləcəyini açıqlayıb.
“Misir, uyğun zamanda və şəkildə bunun cavabını vermək və insanlıqdan nəsibi olmayan bu qatillərdən intiqam almaq hüququnu özündə saxlayır. Misir terrorun öhdəsindən gəlməyi həmişə bacarıb və yenə də buna qadirdir”.
Misirin sadəcə özünü yox, bütün bəşəriyyəti müdafiə etdiyini deyən Sisi müdafiə komitəsi ilə dərhal müşavirə keçirdiyini və burda lazımlı bütün addımların atılması istiqamətində qərar qəbul edildiyini bildirib.
Bundan başqa Sisi xarici işlər nazirinə, BMT Təhlükəsizlik Şurasına üzv ölklərin nümayəndələri ilə məsələnin müzakirə olunması tapşırığını verdiyini deyib.
Xatırladaq ki, İŞİD terror qruplaşması Liviyada 21 misirli qibtini vəhşicəsinə edam edib. Baş vermiş qətliamla əlaqədar Misirdə 7 gün matəm elan olunub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.