"Hakim olsam, Fədayəni azad edərəm" - Cavanşir Quliyev
Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir. Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni "canini sevdiyi" və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir. Cia.az-ın Xeber365.com-a istinadən məlumatına görə, Fədayənin bu addımına münasibət bildirən bəstəkar Cavanşir Quliyev əksəriyyət kimi düşünmədiyini qeyd edib: "O edər, heç nəyə baxmaz. Sevirəm belə dəli qızları. Zatən oxumağından bilinirdi... Sakit axan həyatını romana çevirdi Fədayə... Mənim bir neçə mahnımı da oxuyub, çox yaxşı müğənnidi. Hakim mən olsam, buraxaram onu". Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Etibar Məmmədov öldürülüb
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.