banner
banner

Gündəm

Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına köməklik etməsində təqsirləndirilərək həbs edilən Fədaylə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq da qazandırırlar.

Milli.Az Fədayə Laçın haqda daha bir məlumatı əldə edib. Belə ki, məşhur oğlu ilə yanaşı bir uşağa da analıq edib. Milli.Az-ın əldə etdiyi məlumata görə anasını erkən itirən həmin oğlan Fədayə Laçının oğlu Əlhəmin uşaqlıq dostu olub. Müğənni müsahibələrində bu haqda danışmağı xoşlamasa da məlumatı elə bir neçə ay öncə Milli.Az-a vermişdi:

"Bəli, Əlhəmin dostudur, mənim də balamdır. Əslində, bunları danışmağı xoşlamıram. O oğlumu evləndirmişəm, bu günlərdə nənə olacağam. O, məndən ayrı yaşasa da, bir əli üstümdədir. Bilir ki, mən yemək yeməmişəm, gətirib yeməyi qoyur yanıma ki, durub yeyim. Uşaqlığından mənim himayəmdə böyüyüb. Onu heç bir vaxt oğlumdan ayırmadım".

Qeyd edək ki, müğənninin oğlu Əlhəm qəzəlxandır.

Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.