Xatun Əliyeva şəxsi həyatından danışıb. Gecce.az xəbər verir ki, Xatun əldə etdiyi uğurların səbəkarı kimi qardaşını görür.
“İncəsənət Universitetinə imtahan vermişdim. Nişanlandığım üçün təhsilim yarımçıq qaldı. Dedilər incəsənət zad nədir? Gəlin evdə oturmalıdır. 5 ilə yaxın ailəli oldum. Ayrılandan sonra da tibb bacısı kimi işlədim.
Mənim bu sənətdə Xatun olmağımın səbəbkarı qardaşım, stilist Balaşdır. Balaş çox yaraşıqlıdır. Efirdə ilk dəfə görünən kimi yadda qaldı.
Məndən kiçikdir, amma ondan çox şey umuram. Hərdən küsürəm. Saçımı boyamaq üçün başqa stilistlərə üz tutmuşdum. Saçlarımı yandırmışdılar. “
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.