3 noyabr, 2017-ci il tarixində, Bakı şəhəri, Hilton Otelində, Avropa İttifaqının maliyyələşdirdiyi “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin yekun konfransı çərçivəsində nazir Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasla görüşüb.
Görüşdə Aİ ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Müzakirələrdə “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin başa çatmasına baxmayaraq, əsas prioritetlər üzrə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Nazir eyni zamanda, layihədə Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Aİ və mötəbər qurumun ekspertləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə baytarlıq sahəsində heyvanların identifikasiyası ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd olunub ki, hazırda respublikada baytarlıq laboratoriyaları yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilib və onların Aİ tərəfindən beynəlxalq səviyyədə akkreditasiyasına dəstək verilməsinin zəruriliyi nəzərə çatdırılıb. Həmçinin heyvanların qeydiyyatını aparmaqla milli sistemin yaradılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, bu da öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhvə verəcək.
Görüşdə, həmçinin “Azərbayvan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş əsas hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Səfir Kestutis Jankauskasın Aİ ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.