banner
banner

Sosİal

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?..

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?..

Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.

100 manatlıq bu təqaüdün hər il pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan ilk 300 tələbəyə şamil olunacağı bildirilmişdi.

Həmin tələbələr ixtisas seçimində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını qeyd edərək ali təhsil müəssisələrinə qəbul olunan gənclər arasından ixtisasları üzrə mütənasiblik gözlənilərək seçilməlidir.

2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan və yuxarıda qeyd edilən şərtləri ödəyən tələbələr həmin təqaüdü alacaqlarmı? Bəzi məlumatlara görə, sözügedən təqaüd bu il verilməyəcək... Dərslərin başlanmasından xeyli vaxt ötməsinə baxmayaraq, universitetlərdə bu haqda tələbələrə bir söz deyilməyib. Hətta təqaüdün artıq ləğv olunduğu barədə də sözh-söhbət gəzir.

Modern.az saytı məsələ ilə əlaqədar bir neçə təhsil ocağı ilə əlaqə saxlayıb.

Azərbaycan Pedaqoji Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Mənsur İbrahimovun sözlərinə görə, qeyd edilən təqaüdün verilməsində indiyə kimi hər hansı problem olmayıb:

“Məlum olduğu kimi  son illər pedaqoji kadrların inkişafına xüsusi diqqət yetirilir və dövlət səviyyəsində əməli tədbirlər həyata keçirilir. Bu tədbirlər pedaqoji fəaliyyətin situmullaşdırılmasına, müəllim peşəsinin  ictimai nüfuzunun yüksəldilməsinə xidmət edir, eyni zamanda, gənclərdə müəllim peşəsinə maraq artırır.

 Bunlardan biri də Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə “Gələcəyin müəllimi təqaüdü” təsis edilməsidir.  Bu günədək  həmin təqaüdlərin verilməsində heç bir problem olmayıb. 100 manat təqaüd şərtlərə cavab verən tələbələrə vaxtında ödənilib. Hər halda yəqin ki, 2017/2018-ci tədris ilində də  təqaüdün verilməsində problem olmayacaq”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza bildirib ki, 2017/2018-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü”nün  tələbələrə verilməsi ilə bağlı hələ ki Təhsil Nazirliyindən cavab gözləyirlər.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli
 deyib ki, təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır:

“Qeyd etdiyiniz təqaüd ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, eyni zamanda və seçim zamanı müəllimlik ixtisasını birinci, yaxud ikinci göstərmiş tələbələrə şamil olunur. Əmrin verilməsindən keçən müddət ərzində tələbələrə həmin təqaüdün verilməsində heç problem olmayıb.
"Lakin təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır. Nazirlik versə tələbələr də alacaq, verməsə təbii ki. yox. Çünki maliyyəni verən onlardır. Yəqin ki, bu il də problem olmaz”.


Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya belə cavab verilib:

"Təqaüdlərin verilməsi ilə bağlı hər hansı problem yoxdur. Ali təhsil müəssisələrinin sifarişlərinə uyğun "Gələcəyin müəllimi" təqaüdü ayrılacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.