Deputatdan sürücüləri sevindirəcək dəyişikliyə ŞƏRH
“Cənab prezidentin imzası ilə İnzibati Xətalar Məcəlləsindən bir neçə maddənin çıxarılması təklif olunub. Bu dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində edilir. Bunlardan biri İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) maddəsidir”.
Bunu cia.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulurdu.
“Bir müddət öndə Dövlət Yol Polisi (DYP) əməkdaşları bildirdilər ki, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə qanunvericilikdə cəza var. Mən də o zaman mətbuat vasitəsilə çıxış edərək bildirdim ki, bu cəzanın qanunvercilikdə olması o demək deyil ki, tətbiq olunur. DYP tərəfindən də heç kimin söhbətə görə cərimə edilmədiyi üzə çıxdı. Əgər bu maddənin təbiqi həyata keçirilmirsə, onun çıxarılması məqsədə uyğun hesab edilir. Cənab prezident də çox haqlı olaraq 342.1.2-ci maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını təklif edib”.
Ç.Qənizadə deyib ki, İnzibati Xətalar Məcəlləsinin 345-ci maddəsinin 2-ci bəndində qeyd edilən banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası qaldırılır.
“Son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır”.
Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.