banner
banner

Sosİal

Azərbaycanda rezidenturaya ərizə qəbulu başladı

Azərbaycanda rezidenturaya ərizə qəbulu başladı

Azərbaycanda rezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu başlayıb. "Report" xəbər verir ki, namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən başlayaraq fevralın 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.
Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə edən namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.
Xatırladaq ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələ isə iyulun 7-də keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.