Ermənistanda demoqrafik BÖHRAN: “Əhali 15 ildə 228 min nəfər azalıb”
Ermənistanın daimi əhalisi 2001-2016-cı illərdə 228,7 min nəfər azalıb.
Bu barədə ölkənin Statistika Xidmətinin açıqlamasında deylir. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edib.
Statistikaya əsasən, əhalinin azalma tendensiyası 2003-cü ildə stabilləşib, lakin 2012-ci ildən sonra pisləşməyə doğru dəyişib.
Ölkədə hər 1000 nəfərə doğum göstərici də aşağı olduğu üçün (220 ölkə arasında 170-ci yer) orta yaş həddi və əhalinin sürətlə qocalması halları geniş yayılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.