banner
banner

Gündəm

Deputatla bəstəkar arasında qarşıdurma

Deputatla bəstəkar arasında qarşıdurma

Professor Qulu Məhərrəmli və millət vəkili Fazil Mustafa “GünazTV” internet kanalında yayımlanan “Mətbuat aynasında” verilişində Bayraq Bayramı ilə bağlı çıxış ediblər. “Qafqazinfo” xəbər verir ki,  çıxışçılar verilişdə  bayramın əhəmiyyətindən danışıblar. Professor Q. Məhərrəmli verilişin linkini öz feysbuk statusunda paylaşıb. 

Statusa şərh yazanlar, o cümlədən bəstəkar Cavanşir Quliyev deputat F. Mustafanı tənqid edib. 

C. Quliyev  bildirib ki, F. Mustafa Üzeyir Hacıbəylinin yaratdığı gözəl himni sevmir və bunu  açıq bəyan edir: “1992- ci ildə himn qəbul olunarkən o da hökumətdə idi və susdu”. 

F. Mustafanın tənqidlərə reaksiyası sərt olub: “Qulu Məhərrəmli bizim bayraqla bağlı Günaz.tv də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar. 

Mənim himn də, bayraq da daxil olmaqla istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

Bəstəkar isə deputatın bu cür reaksiyasından hiddətlənib: “Sənin xuliqanlığına cavab verməyəcəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin" edib? Bax, bunu təhlil et...

O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerindən hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları hardan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən! 

Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.