Madrid "Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun ailəsində artım baş verib. Portuqaliya yığmasının kapitanı qız atası olub. Belə ki, Kriştianu Ronaldunun xanımı Corcina Rodriges noyabrın 13-də qız övladı dünyaya gətirib. Bu barədə Ronaldu Instagram səhifəsində bildirib ki, şəkil paylaşıb.
Dünyaya gələn körpənin adını Martina qoyublar.
Xatırladaq ki, bu il iyunun 8-də 32 yaşlı futbolçu əkiz uşaq atası oldu. ABŞ-da yaşayan surroqat ana Portuqaliya yığmasının kapitanına oğlan və qız dünyaya gətirib. Əkizlərə Yeva və Matteo adı verilib. Ronaldunun 7 yaşlı oğlunu da surroqat ana dünyaya gətirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.