banner
banner

Gündəm

Parlamentdə yenə büdcə müzakirələri BAŞLADI

Parlamentdə yenə büdcə müzakirələri BAŞLADI

2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin daha 5 komitəsinin – İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Regional məsələlər, Gənclər və idman komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.

Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, İnsan hüquqları üzrə müvəkkil ( Ombudsman) Elmira Süleymanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak edirlər.

Komitələrin birgə iclasına Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edir.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur.

 

Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.