banner
banner

Gündəm

Gəncəyə 7 milyon manat ayrıldı

Gəncəyə 7 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamış, zəngin keçmişi olan Gəncə şəhəri öz qədimliyini və tarixiliyini qorumaqla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Şəhərin özünəməxsus zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm işlər görülmüş, o cümlədən Gəncə Dövlət Filarmoniyasının ən müasir tələblərə cavab verən yeni binası tikilmiş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksi bərpa olunmuş, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Müasir İncəsənət muzeyləri, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi – Abidə Kompleksi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara uyğun mehmanxanalar inşa edilmiş, Gəncə çayı sahilində bulvar salınmışdır.

 

Bununla yanaşı, şəhərdə bir sıra sosialyönümlü infrastruktur layihələri də həyata keçirilmiş, o cümlədən Beynəlxalq Hava Limanı, 1 nömrəli şəhər xəstəxanası yenidən qurulmuş, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Kompleksi, “ASAN xidmət” Mərkəzi, Gənclər və Uşaq Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 299 mənzilli 5 yaşayış binası, təhsil ocaqları və digər obyektlər inşa edilmiş, çoxsaylı yaşayış binaları əsaslı təmir olunmuş, yeni elektrik yarımstansiyaları istifadəyə verilmiş, iri sənaye müəssisələri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Sərəncamda qeyd edilir ki, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7,0 (yeddi) milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5,0 (beş) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.