Model Gigi Hadid Nyu-Yorkda paparazzilərə tuş gəlib.
22 yaşlı model dəvət aldığı verilişlərdən birinə gedib. O, bu dəfə çəhrayı rəngə üstünlük verib. Başdan-ayağa çəhrayı geyinən Giginin təkcə ayaqqabısı qara olub. Tranparan köynəkdə olan Hadidin alt paltarının belə çəhrayı olması diqqətdən yayınmayıb.
Fotoları sosial şəbəkədə görən izləyicilər Hadidin həftə sonu sevgilisi Zeynlə 2 illik ildönümlərini qeyd etdikdən sonra belə xoşbəxt olduğunu və bu səbəbdən sevinc rəmzi sayılan çəhrayıya büründüyünü qeyd ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.