Aİ sammiti İsveçə on milyonlarla avroya başa gələcək
Noyabrın 17-də İsveçin Göteborq şəhərində keçiriləcək Avropa İttifaqı sammiti yerli müəssisələrə on milyonlarla avroya başa gələcək.
Trend-in məlumatına görə, bu barədə İsveçin Hesablama Palatası məlumat yayıb.
Palatanın yaydığı məlumata görə, sammit zamanı ətraf küçələrin bağlanması orada yerləşən şirkətlərin fəaliyyətinə təsir göstərəcək. Belə ki, bəzi müəssisələr iş rejimini dəyişməli olacaq. Bir çox şirkətlər sammit günü ümumiyyətlə bağlı qalacaq.
Hesabalamalara görə, bütün bu göstəricilər həmin şirkətlərin 10 milyonlarla avroa itirməsinə səbəb olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.