Türkiyəli müğənni Onur Akay qonaq olduğu verilişlərdən birində maraqlı açıqlamalar verib. Bir müddət əvvəl Bülent Ersoyun kişi ikən çəkilmiş şəkillərini yayan və buna görə sənətçi tərəfindən məhkəməyə verilən Onur peşman olduğunu bildirib: “Çox peşmanam. Gərək həmin şəkilləri paşlaşmazdım. Amma mən ilk adam deyildim. Məndən əvvəl həmin fotolar yayılmışdı”. Akay Ersoyu çox sevdiyini və onunla evlənmək istədiyini dilə gətirib: “Damarlarımı kəssəniz, qanım “Bülent Ersoy” deyə axar. Mənimlə evlənsə, bu gün onunla nikah masasına oturaram”.
Xatırladaq ki, Onur Bülentin kişi ikən nişanlısı ilə çəkilmiş şəkillərini sosial mediada yaydığı üçün Ersoy ondan 50 min lirə (təxminən 25 min AZN) dəyərində təzminat istəyib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.